RU

Luis Enrike: “Çelsi PSJ-dən güclü və qələbəyə layiq idi”

PSJ-nin baş məşqçisi Luis Enrike 2025-ci il FIFA Klub Dünya Kubokunun “Çelsi” ilə final oyunu haqda qənaətini açıqlayıb.

Arena.az məlumat verir ki, “zadganlar” Fransa nəhəngini 3:0 hesabı ilə məğlub ediblər.

Luis Enrike qarşılaşmadan sonra bunları dilə gətirib:

“Olsun, biz böyük idmandayıq. Bilirik ki, müvafiq hal baş verir. Mən bu haqda oyundan dərhal sonra düşünürdüm, amma oyuna bir daha baxmağa dəyər. Məncə, “Çelsi” oyunu bizdən xeyli yaxşı başladı, onlar fəal surətdə hücumlar edir və bizə çətinliklər yaradırdılar. Onların hesabda önə keçmək imkanı vardı və onlar bundan yararlandılar. Bizim tərəfimizdən isə birinci hissədə bir-iki imkan vardı, amma düzünü desək, bizə, oyuna daxil olmaq çətin idi. Birinci hissənin sonunda, bizə iki qol vurulduqda, Palmer əntiqə idi. Əlqərəz, mən hesab edirəm ki, onlar bizdən yaxşı idilər və bu oyunda qələbəyə layiq idilər. Onları təbrik edirəm”, – 55 yaşlı ispan mütəxəssis oyunsonrası mətbuat toplantısında bildirib.

Избранный
14
arena.az

1Источники