Prezident Donald Trampın Yaponiya və Cənubi Koreyadan idxal olunan mallara yeni rüsumlar tədbiq olunmasını elan etməsindən sonra, ABŞ-ın fond bazarlarının indeksləri kəskin düşməyə başlaylb.
Business insiderin məlumatlarına görə, Dow jones Industrial Averagenin indeksi 600 punk aşağı düşüb və S&P500-ün baza indeksi təxminən 1 faiz enib.
Bununla yanaşı dolların məzənnəsi digər valyutalara müqayisədə bahalaşıb.
ABŞ prezidenti Donald Tramp asiyalı liderlərə bildirib ki, avqust ayının 1-dən etibarən Yaponiya və Cənubi Koreyadan alınan məhsullara 25faiz gömrük rüsumları tədbiq ediləcək.
Rüstəm Hacıyev