RU

Mareska: “PSJ-ni ilk 10 dəqiqədə məğlub etdik”

“Çelsi”nin baş məşqçisi Entso Mareska 2025-ci il FIFA Klub Dünya Kubokunun PSJ ilə final oyunu haqda şərh verib.

Arena.az məlumat verir ki, “zadəganlar” Fransa nəhəngi üzərində 3:0 hesablı möhtəşəm qələbə qazanıblar.

Mareska qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Mənim, oyunçularıma deyəcək sözüm yoxdur. Hesab edirəm ki, biz oyunu ilk 10 dəqiqədə qazandıq: oyuna sürət verdik, necə oynamaq istədiyimizi bilirdik. Bu gün biz Palmer üçün lazımi mövqe tapa bildik, burada hücumlar üçün böük məkan vardı. Bütün oyunçularımız inanılmaz güc-qüvvə ortaya qoydular”, – “Çelsi”nin rəsmi saytı 45 yaşlı italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq da, “Çelsi”nin 23 yaşlı ingilis hücumameylli yarımmüdafiəçisi Koul Palmer bu oyunda 2 qol və 1 məhsudalr ötürmə ilə PSJ-nin “qəbrini qazıb”.

Избранный
8
arena.az

1Источники