"PAŞA Bank" ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 91 milyon 585 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az bu barədə Bankın maliyyə hesabatlarına istinadən xəbər verir.
Bank ötən ilin eyni dövrünü 119 milyon 60 min manat xalis mənfəət ilə bağlamışdı.
Faiz xərclərinin kəskin artmsı və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma xalis mənfəətin azalması ilə nəticələnib.