RU

Rusiya miqrantlarla bağlı qanunu sərtləşdirir

Rusiya

Rusiya Federasiyasına daxil olan miqrantlardan virus daşıyıcısı olmamaları ilə bağlı arayış tələb edəcəklər.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov bildirib.

“Rusiyaya işləmək üçün gələn əcnəbilər öz problemlərini ölkəmizə gətirməməli, bizim problemlərimizi həll etməlidirlər”,- o qeyd edib.

Nilovun sözlərinə görə, müvafiq qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim edilir.

Siyasətçi bildirib ki, miqrantlar sərhədi keçərkən etibarlı tibbi sığorta, HİV, B və C hepatitləri, sifilis və vərəmə yoluxmama haqqında arayış təqdim etməli olacaqlar.

Onlar, həmçinin orqanizmdə narkotik və psixotrop maddələrin olmadığını təsdiq edən test nəticələrini təqdim edəcəklər.

“Bu sənədlər olmadan miqrantlar Rusiya sərhədindən keçə bilməyəcəklər”,- deyə deputat əlavə edib.

V. QULİYEV

Избранный
39
reyting.az

1Источники