TBİLİSİ, 14 iyul. TELEQRAF
Bu ilin birinci yarısında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 222 237 nəfər sərnişin daşıyıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə sərnişinlərin sayı 29 464 nəfər və yaxud 15,28% artıb. AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı isə illik müqayisədə dəyişməz olaraq 6% qalıb.
Azərbaycanın milli aviadaşıyıcısı bu ilin ilk yarısında Gürcüstana ən çox sərnişin daşıyan şirkətlərin ilk beşliyində V yerdə qərarlaşıb. Siyahıda ilk dörd yeri “Wizz Air” (642 956 nəfər), “Pegasus” (284 984 nəfər), “Georgian Airways” (272 568 nəfər) və “Turkish Airlines” (268 959 nəfər) daxil olub.