RU

Gimnastlarımızdan “ScalabisCup 2025”da 10 medal

Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə “ScalabisCup 2025” beynəlxalq turniri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 10 medalla başa vurub.

Komandamız 4 qızıl, 3 gümüş və 3 bürünc mükafata yiyələnib.

Tamblinq

U-12
Sənan Rzazadə (21,300 xal) - I yer
Əsnad Niftiyeva (18,600) - II yer

Böyüklər
Tofiq Əliyev, Bilal Qurbanov və Aleksey Karataşov (156,300) - komanda hesabında I yer
Tofiq Əliyev (28,200) - II yer
Bilal Qurbanov (26,400) - III yer

Batut gimnastikası

U-14
Muhəmməd Həsənli (46,350) - I yer
Fərhad Mustafayev (49,190) - I yer
Ammar Baxşalıyev (53,000) - II yer
Nicat Mirzəyev (53,820) - III yer

İkili-mini batut
Ammar Baxşalıyev (23,900) - III yer

Избранный
10
idman.biz

1Источники