RU

Bakıda “Taxta bazarı” yanıb – VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.

Bu barədə   FHN-dən məlumat verilib.

***

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

“Report”un hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində alovun genişlənməsinin qarşısı alınıb.

Hadisə baş verən yerdə təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi üzrə polis orqanları tərəfindən tədbirlər görülüb. Eyni zamanda yanğın baş verən əraziyə təcili tibbi yardım avtomobilləri də cəlb edilib.

***

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Избранный
40
10
ictimairey.az

10Источники