RU

Belarus helikopteri Rusiyanın Ukraynaya gedən pilotsuz təyyarəsini vurdu...-FOTO

İyulun 12-də Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı işğalçı ölkənin pilotsuz təyyarələri Belarusun hava məkanından keçib. Belarus helikopteri müttəfiqi olduğu dövlətin bir "Gerbera" pilotsuz təyyarəsini vurub. 
 
Moderator.az xəbər verir ki, bu barədə "UNİAN"-a kəşfiyyat xidmətindəki məlumatlı mənbələr məlumat verib.
 
“İyulun 12-də Belarus Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus "Mi-24" helikopteri Ukraynaya doğru uçan Rusiyaya məxsus “Gerbera” tipli PUA-ya hücum edərək onu məhv edib”, - mənbə bildirib.
 
O cümlədən mənbələrin məlumatına görə, o zaman Belarusun hava məkanında ən azı üç Rusiya pilotsuz təyyarəsi olub.
 
Bununla əlaqədar olaraq Belarus qüvvələrinə məxsus helikopter hava məkanına nəzarət tapşırığını yerinə yetirərkən zərbə vuran pilotsuz uçan aparatın aşkar edilərək məhv edilməsi barədə məlumat verib.
 
"Vurulmuş PUA-nın qalıqları Qomel vilayəti ərazisinə düşüb", - kəşfiyyat xidməti bildirib.
 
S.Laçın
Избранный
136
50
moderator.az

10Источники