RU

Bakıdakı “Taxta bazarı”nda yanğın olub

Gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Senzor.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

 

Onların çevik müdaxiləsi sayəsində alovun qarşısı alınıb və mürəkkəbliyinə baxmayaraq geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

 

Hadisə baş verən yerdə təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi üzrə polis orqanları tərəfindən tədbirlər görülüb. Eyni zamanda yanğın baş verən əraziyə təcili tibbi yardım avtomobilləri də cəlb edilib.

 

Səhərə yaxın yanğın tam söndürülüb.


https://www.youtube.com/watch?v=slIuVs1IsVg






Избранный
19
2
senzor.az

10Источники