RU

Klublararası dünya çempionatının ən yaxşıları bəlli olub

Bakı, 14 iyul, AZƏRTAC

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatının ən yaxşıları bəlli olub.

AZƏRTAC xəbər verir ki, Fransanın PSJ klubunun vingeri Dezire Due turnirin ən yaxşı gənc futbolçusu seçilib. 20 yaşlı oyunçu 7 oyunda 1 qolla yadda qalıb.

Ən yaxşı futbolçu adına İngiltərənin “Çelsi” komandasının yarımmüdafiəçisi Koul Palmer layiq görülüb. Bombardir titulunu İspaniya nəhəngi “Real Madrid”in hücumçusu Qonsalo Qarsiya, ən yaxşı qapıçı mükafatını isə “Çelsi”də çıxış edən Robert Sançes qazanıb.

Qeyd edək ki, turnirin ötən gecə təşkil olunmuş final matçında “Çelsi” PSJ-ni 3:0 hesabı ilə məğlub edərək çempion olub. Bununla da London təmsilçisi tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi adına sahib çıxıb.

Избранный
13
1
azertag.az

2Источники