BAKI, 14 iyul. TELEQRAF
Sabah - iyulun 15-də Milli Məclisinin deputatları tətilə çıxacaqlar.
Teleqraf xəbər verir ki, parlamentin Daxili Nizamnaməsinə görə, qanunverici orqanın yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Deputatlar iyulun 15-dən isə rəsmən tətilə buraxılırlar.
Tətil müddəti avqustun 30-dək davam edəcək.
Qeyd edək ki, mayın 30-də Milli Məclisin növbədənkənar sessiyasının iclasları keçiriləcəyi açıqlanmışdı.
Xatırladaq ki, bu gün parlamentin növbədənkənar sessiyasının son iclası keçiriləcək.