RU

Bakıdakı yanğında xəsarət alan olub? - RƏSMİ AÇIQLAMA


Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğının genişlənməsinin qarşısı alınıb, digər taxta kipləri və sexləri mühafizə olunub.

News24.az "Report"a istinadla xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə deyib.

Onun sözlərinə görə, hazırda kiplənmiş taxtaların sökülərək söndürülməsi istiqamətində işlər aparılır: “Hadisə yerində heç bir xəsarət faktı qeydə alınmayıb. Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılacaq və ictimaiyyətə bununla bağlı əlavə məlumat veriləcək” .





Избранный
35
4
news24.az

10Источники