RU

Enrike oyundan sonrakı davadan danışdı

Fransanın PSJ-nin baş məşqçisi Luis Enrike klublararası dünya çempionatının İngiltərənin “Çelsi” komandası ilə final oyunundan sonra futbolçuları ayırmaq istəyib.

Ucnoqta.az xəbər verir ki, Enrikenin şərhini RMC Sport agentliyi yayıb.

"Matçın sonunda elə bir vəziyyət yarandı ki, onun qarşısını almaq olardı. Həmişə olduğu kimi, oyunçuları bir-birindən ayırmaq niyyətində idim ki, daha problem yaranmasın", - Enrike bildirib.
"Çox gərginlik və təzyiq var idi, mən Mareskanın bəzi oyunçuları, digərlərinin isə onu itələdiyini gördüm. Hamımız belə vəziyyətlərdən qaçmalıyıq, ona görə də oyunçuları ayırdım".

Globo esporte yazır ki, Joao Pedro komanda yoldaşı Andrey Santosu müdafiə etdiyini qeyd edib:
"Əsl braziliyalı kimi yoldaşımı müdafiə etməyə getdim. Orada çoxlu insan var idi və məni bu izdiham itələdi. Düşünürəm ki, onlar uduzmağı bilmirlər, amma bu, futbolun bir hissəsidir".

Qarşılaşma "Çelsi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Final fitindən sonra Enrike "Çelsi"nin hücumçusu Joao Pedronu vurub. Hər iki komandanın futbolçuları arasında kiçik dava düşüb.

Избранный
29
ucnoqta.az

1Источники