RU

"Napoli" holland futbolçunu 31 milyon avroya transfer edəcək

BAKI, 14 iyul. TELEQRAF

"Napoli" "Bolonya"nın mərkəz müdafiəçisi Səm Bekemeni transfer edəcək.

Teleqraf xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mənbəyə görə, Neapol klubu 26 yaşlı niderlandlı futbolçu üçün 31 milyon avro + bonuslar ödəyəcək.

Qeyd edək ki, Bekeme 2023-cü ilin yayından etibarən "Bolonya"da çıxış edir. O, klubun heyətində 80 oyun keçirib, 2 qol vurub və 3 assist edib.

Избранный
73
2
teleqraf.com

3Источники