RU

Aİ Rusiyaya qarşı 18-ci sanksiya paketini bu gün razılaşdıracaq

BAKI, 14 iyul. TELEQRAF

Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bu gün razılaşdıracaq.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, yeni sanksiya paketində Rusiyadan alınan neftə ilkin qiymət tavanı 47 dollar səviyyəsində müəyyən ediləcək.

Aİ ölkələrinin əksəriyyəti paketdə yer alan elementlərlə razılaşsa da, yalnız Slovakiya neftin qiymət tavanı ilə bağlı tərəddüdlərini hələ də saxlayır.

Slovakiya daha öncə Avropa Birliyi (AB) tərəfindən Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbuluna mane olub.

Избранный
24
teleqraf.com

1Источники