RU

ABŞ-də kilsədə baş verən atışmada iki nəfər ölüb

ABŞ-də Kentukki ştatının Leksinqton şəhərində yerləşən Baptist kilsəsində baş verən atışmada iki nəfər ölüb, silahlı şəxs isə zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşar bildirib.

“Riçmond-Road üzərindəki Baptist kilsəsində baş verən atışmanın iki nəfərin ölümünə səbəb olduğunu bildirməkdən kədərlənirəm. Kentukki ştatının polisi də daxil olmaqla, digər yaralılara yaxınlıqdakı xəstəxanada tibbi yardım göstərilir. Silahlı şəxs öldürülüb”, - deyə o bildirib.

Qeyd edək ki, Kentukki ştatında silahlı şəxs öncə polis əməkdaşına, daha sonra Baptist kilsəsinə gedərək burada ibadət edənlərə atəş açıb.

Избранный
44
report.az

1Источники