RU

Şəhid ailəsi qəzaya düşdü - 5 nəfər yaralandı

Şəhid ailə üzvləri Cəbrayılda qəzaya düşüb, yaralılar var.

“Qafqazinfo” xəbər verir ki, ötən gün Camal İsgəndərov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı sürücü C.İsgəndərov onun anası Səkinə İsgəndərova, həyat yoldaşı Ramilə İsgəndərova, qızı İlkanə Lətifova və yaxın qohumları Aysaba adlı şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar ilkin yardım göstərdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, Camal İsgındərovun qardaşı Mübariz İsgəndərov 1992-ci ildə Laçın uğrunda şəhid olub.

Oğlu İsgəndərov İlkin Camal oğlu isə 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayon Cuvarlı kəndi istiqamətində şəhid olub.

Ailə üzvləri M.İsgəndərovun Qubadlı rayon Hacılı kəndindəki asılmış lövhəsini və şəhid olduğu yeri ziyarətə gedərkən qəzaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı


Избранный
22
16
qafqazinfo.az

10Источники