RU

Tarık Çetin 6 il sonra yenidən “Fənərbağça”da

“Fənərbağça”nın yetirməsi olan türkiyəli qapıçı Tarık Çetin 6 illik fasilədən sonra yenidən İstanbul klubuna qayıdıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

28 yaşlı qolkiper “Rizəspor”dan azad agent kimi ayrılaraq “Fənərbağça”ya keçib. O, köhnə-yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd etdiyimiz kimi, Tarık Çetin “Fənərbağça”nın yetirməsidir. O, İstanbul klubunda olarkən “Fatih Karagümrük” klubuna icarəyə verilib. 2019-cu ildən isə türkiyəli qapıçı “Rizəspor”da çıxış edirdi. 28 yaşlı qapıçı Rizə təmsilçisinin heyətində 88 oyuna çıxıb, 111 qol buraxıb, 25 matçda qapısını toxunulmaz saxlayıb.

Tarık Türkiyənin U-16, U-17 və U-18 yığmalarında da çıxış edib.

“Transfermarkt” internet-portalı 28 yaşlı qapıçının transfer dəyərini 325 min avro məbləğində qiymətləndirir.

Избранный
31
arena.az

1Источники