RU

KİV: FPV-dronlar Rusiyanın Ukraynada irəliləməsini ləngidir

BAKI, 13 iyul. TELEQRAF

FPV (First Person View) dronları Ukrayna münaqişəsinə çox böyük təsir göstərib. Dağıdıcılığı raketlərə nisbətən az olsa da, onlar daha dəqiqdir, həm də istehsalı daha ucuz başa gəlir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

“FPV-dronların bolluğu Rusiya qoşunlarının bütün cəbhəboyu irəliləyişinin ləngiməsində əsas rol oynayıb, çünki təmas xəttindən 19 km məsafədə olan hər şey hədəf ola bilər”, - qəzet iddia edir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri ilk dəfə olaraq FPV-dronlara optik lifli kabel əlavə edib ki, bu da dronla operator arasında əlaqəni kənar müdaxilələrdən qorumağa imkan verir.

Избранный
21
teleqraf.com

1Источники