RU

Ağ Ev FED sədrinin işdən çıxarılması üçün səbəbləri açıqlayıb

BAKI, 13 iyul. TELEQRAF

"ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Paueli işdən çıxarmaq hüququna malikdir. FED-in Vaşinqtondakı mənzil-qərargahında aparılan təmir-bərpa işlərinə həddən artıq vəsait xərclədiyi üçün Cerom Pauel bir çox suala cavab verməlidir”.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin iqtisadi müşaviri Kevin Hassett bazar günü "ABC News"a müsahibəsində bildirib.

Hassett qeyd edib ki, Paueli Federal Ehtiyat Sisteminin binalarının "vitrin təmiri" üçün 2,5 milyard dollarlıq layihəsi araşdırılmalıdır.

Tramp yanvar ayında vəzifəyə qayıtdıqdan sonra faiz dərəcələrini aşağı sala bilmədiyi üçün Paueli dəfələrlə istefaya çağırıb.

Избранный
18
1
teleqraf.com

2Источники