RU

İsrail ordusu Qəzzada bir sıra radikal səhra komandirlərini zərərsizləşdirdiyini açıqlayıb

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında fəaliyyət göstərən“HƏMAS” və “İslami Cihad” qruplaşmalarına məxsus bir neçə səhrakomandirinin məhv edildiyini bəyan edib.

Trend-inməlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidmətiaçıqlama yayıb.

Bildirilib ki, son iki həftə ərzində İsrail hərbçiləri “HƏMAS”ınhərbi qanadı və “İslami Cihad”ın müxtəlif bölmələrindəki bir sırakomandirləri hədəf alaraq zərərsizləşdirib.

Qeyd olunur ki, bu şəxslər terror qruplarının hərbi potensialınıbərpa etmək istiqamətində fəaliyyət göstərirdilər.

Həmçinin vurğulanıb ki, zərərsizləşdirilən şəxslər silahistehsalı üçün qərargahların və “HƏMAS”ın hərbi kəşfiyyatbölməsinin bərpası üzərində çalışırdılar.

Избранный
35
az.trend.az

1Источники