RU

Qəfil duyğu dəyişikliyinə diqqət - ürəyiniz qırıla bilər! "Sınıq ürək sindromu" nədir?

Mütəxəssislər xəbərdarlıq edir: qəfil və güclü stress hallarında ürəyiniz fiziki olaraq zədələnə bilər.

E-saglam.az xəbər verir ki, “qırıq ürək sindromu” kimi tanınan Takotsubo kardiyomiyopatiyası, xüsusilə menopozdan sonra olan qadınlarda daha çox müşahidə olunur.

Kardioloq Dr. Ersin Sarıçam izah edir ki, sevgi münasibətlərində ayrılıq, yaxın birinin itkisi, zorakılıq və ya ağır emosional sarsıntılar zamanı bədəndə stress hormonlarının sürətli yüksəlişi ürəyin funksiyasını müvəqqəti pozur. Bu zaman ürəyin sol mədəciyi balon kimi genişlənir və infarkt simptomlarına bənzər əlamətlər yaranır.

Əlamətlər arasında sinə ağrısı, nəfəs darlığı və ani halsızlıq var. Xəstəlik vaxtında aşkar edilsə, dərmanla müalicə olunur və tam sağalma mümkündür. Əməliyyata ehtiyac olmur, lakin stressin düzgün idarə olunması müalicənin vacib hissəsidir.

Dr. Sarıçam xüsusilə 50 yaşdan yuxarı qadınları emosional yükə qarşı diqqətli olmağa çağırır və qeyd edir ki, “qırıq ürək” həqiqətən də real və təhlükəli bir diaqnozdur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
43
e-saglam.az

1Источники