RU

Löv Özbəkistan millisinin baş məşqçisi ola bilər

Məşhur almaniyalı mütəxəssis Yoahim Löv yenidən məşqçilik fəaliyyətinə qayıda bilər. Msport.az xəbər verir ki, Özbəkistan Futbol Federasiyası onu millinin başına gətirmək istəyir.

Federasiya rəsmiləri artıq 65 yaşlı mütəxəssislə danışıqlara başlayıblar.

Özbəkistan gələn il tarixində ilk dəfə olaraq dünya çempionatında mübarizə aparacaq. Komandanı hazırda yerli məşqçi Timur Kapadze çalışdırır.

Qeyd edək ki, Löv 2021-ci ildə Almaniya millisindən ayrıldıqdan sonra heç harda baş məşqçi kimi işləməyib.

 

Избранный
56
msport.az

1Источники