RU

İtkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı

İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapılıb.


Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, mayda itkin düşmüş 1985-ci il təvəllüdlü Elnarə Kərimovanın yeri polis əməkdaşları tərəfindən sosial şəbəkə istifadəçilərindən birinin yazdığı rəylə müəyyən olunub.

Xatırladaq ki, İsmayıllı rayon sakini E.Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə getmiş və geri qayıtmamışdı. (Oxu.az)

Bizim.Media

Избранный
24
7
bizim.media

8Источники