RU

İsmayıllıda itkin düşən qadın Bakıda necə tapıldı? - Bir şərhin izi ilə…

İsmayıllıda itkin düşən 1985-ci il təvəllüdlü Elnarə Kərimova polis əməkdaşları tərəfindən tapılıb.

Musavat.com xəbər verir ki, polis əməkdaşları Elnarə Kərimovanın yerini sosial şəbəkələrdə vətəndaşın yazdığı şərhdən yola çıxaraq tapıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.

Belə ki, Meshedi Yamin Kurdexanlı adlı sosial şəbəkə istifadəçisi Elşad Hacıyevin statusuna şərh yazaraq itkin düşmüş qadını Bakıda Ləhic bağlarında gördüyünü deyib. Həmin şərhdən sonra vətəndaşla əlaqə saxlanılıb. Ərazi üzrə axtarış aparılaraq qadının yeri müəyyən olunub.

Musavat.com

Избранный
42
2
musavat.com

3Источники