2025-ci ilin ilk dörd ayının nəticələrinə görə, Rusiya şokoladının əsas alıcısı Qazaxıstan olub.
"Bakuinfo" Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
“Hesabat dövründə Qazaxıstan bu növ məhsulu Rusiyadan ümumilikdə 78,3 milyon dollara alıb. Rusiyadan şokolad idxal edən əsas 5 ölkə sırasında, həmçinin 23,4 milyon dollarla Azərbaycan, Özbəkistan (21,4 milyon), Qırğızıstan (14,7 milyon) və Gürcüstan (8 milyon) yer alıb”, – deyə bildirilib.
Məlumata görə, İilk 10-luğa Ermənistan (5,7 milyon), Serbiya (3 milyon), Moldova (2,4 milyon) və Almaniya (2,1 milyon) da daxil olub.
Eyni zamanda, Çin 2025-ci ilin yazının sonlarına doğru Rusiya şokoladının idxalını aktiv şəkildə artırmağa başlayıb.