RU

Sabah 40 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturugecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 28-33° isti olacaq.
Избранный
5
49
sherg.az

10Источники