RU

Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir - Elnur Məmmədov

Bakı. Trend:

11-12 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər nazirinin müavini Elnur Məmmədov XorvatiyanınDubrovnik şəhərində “Dubrovnik Forumu – dəyişikliyə yön vermək”adlı beynəlxalq tədbirdə iştirak edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsindənazir müavini Elnur Məmmədov Forumun “Avropa və Asiyanınbirləşdirilməsi: Tərəfdaşlıq və rifah yolları” adlı panelmüzakirəsinə qatılıb. O, çıxışında Avropa ilə Asiya arasında siyasivə iqtisadi əlaqələrin möhkəmləndirilməsinin beynəlxalq sabitlik vədavamlı inkişaf baxımından strateji əhəmiyyət kəsb etdiyini qeydedib, Azərbaycanın bu iki qitə arasında yerləşən etibarlı tərəfdaşvə dayanıqlı nəqliyyat-logistika dəhlizi kimi artan rolunatoxunub.

Nazir müavini, Azərbaycanın nəqliyyat, enerji və kommunikasiyasahələrində təşəbbüskarı olduğu çoxtərəfli layihələr vasitəsiləregionlararası inteqrasiyaya mühüm töhfə verdiyini və Avrasiyaməkanında strateji əlaqələndirici rol oynadığını vurğulayıb.

Forum çərçivəsində nazir müavini Elnur Məmmədov Çin XalqRespublikasının nümayəndə heyətinin rəhbəri, Avropa məsələləri üzrəxüsusi nümayəndə Lu Şaye ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlıqmünasibətləri, bu çərçivədə son illər ərzində həyata keçirilənyüksək səviyyəli səfərlər və imzalanmış əməkdaşlıq sənədləriətrafında müzakirə aparılıb.

Bununla yanaşı, Tayland Krallığının xarici işlər nazirininmüavini Russ Jaliçandra ilə keçirilmiş görüş zamanı Azərbaycan vəTayland arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti vəgenişləndirilməsi perspektivləri ətrafında fikit mübadiləsiaparılıb. İqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığıninkişaf etdirilməsi, həmçinin çoxtərəfli platformalarda qarşılıqlıdəsdək məsələləri nəzərdən keçirilib.

Избранный
49
17
az.trend.az

10Источники