RU

“Zirə“ Salifu Sumanı “Dinamo“ya yox, Avropa klubuna göndərib

“Zirə“nin Salifu Sumanı hansı kluba satdığı bilinib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Qvineyalı vinger bundan sonra Sloveniyada çıxış edəcək.

“Qartallar“ın 21 yaşlı legioneri “Maribor“la anlaşıb. Adı son günlərə kimi Kiyev “Dinamo“su ilə yanaşı hallanan afrikalı bu gün-sabah yeni komandasının düşərgəsinə yollanacaq.

Tərəflər arasında uzunmüddətli müqavilə imzalanması nəzərdə tutulub.

Suma 2023-cü ilin avqustundan ölkəmizdə çıxış eləyirdi. “Zirə“ onu “Havr“dan (Fransa) sıralarına qatmışdı.

İdman.biz

Избранный
10
idman.biz

1Источники