RU

"Mançester Yunayted" Reşfordu göndərməyə hazırdır

"Mançester Yunayted" klubunun cinah hücumçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi 27 yaşlı futbolçunu "Barselona"ya icarəyə verməyə hazırdır.

Klub bu icarə müqaviləsinin məcburi satınalma şərti ilə müşayiət olunmasını istəyir. Bu isə o deməkdir ki, "Barselona" gələcəkdə Reşfordun transfer hüququnu tam şəkildə əldə etməyə borclu olacaq. Kataloniya təmsilçisi bu şərti maliyyə feyr-pley qaydaları baxımından sərfəli hesab edir və razılaşmanı ciddi şəkildə nəzərdən keçirir.

Məlumatda həmçinin bildirilir ki, Reşford özü də "Barselona"ya keçid uğrunda maaşında azalmaya getməyə razıdır.

Qeyd edək ki, "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim artıq Reşfordu gələcək planlarına daxil etmir. İngiltərəli futbolçu hazırda əsas komandadan ayrı şəkildə fərdi məşqlərini davam etdirir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirmişdi.

Избранный
8
90deqiqe.az

1Источники