Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandası Avropa çempionatı B divizionunda Slovakiya ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, oyun 9-16-cı yerlər uğrunda mübarizə çərçivəsində keçirilib.
Oyun Slovakiya millisinin üstünlüyü ilə yekunlaşıb. Rəqib komanda 77:43 (20:13, 23:7, 22:8, 12:5) hesabı ilə qalib gəlib. Nəticədə komandamız 9-cu yeri tutmaq şansını itirib.
Yığmamız bu gün 11-ci yer uğrunda qarşılaşmada Lüksemburqla münasibətlərə aydınlıq gətirəcək.