ABŞ prezidenti Donald Tramp gözlənilmədən Senatın Rusiyaya qarşı yeni sanksiyalar ideyasını dəstəklədi - Rusiya neftini alan ölkələrdən bütün mallara 500% rüsum. Bu sanksiyalar qəbul olunarsa, Rusiya Federasiyasından neftə qlobal embarqoya bərabər tutula bilər.
Bu barədə RBC-Ukrayna The Times-a istinadən xəbər verir.
Nəşr xatırladıb ki, Tramp bundan əvvəl Rusiya diktatoru Vladimir Putinlə razılığa gələ biləcəyinə ümid edərək Rusiyaya qarşı yeni iqtisadi sanksiyalardan yayınıb. Lakin bu həftə onun ritorikası kəskin şəkildə dəyişdi, ABŞ prezidenti “Putinin yalanlarından bezdiyini” bəyan etdi.
Eyni zamanda, ABŞ Senatında senatorlar Lindsey Graham və Richard Blumenthal tərəfindən ikipartiyalı qanun layihəsi müzakirə olunur. Bu, Rusiyadan enerji alan ölkələrin bütün mallarına 500% tarif tətbiq edəcək. Tramp qanun layihəsini “həddindən artıq” adlandırıb, lakin indi bu ideyaya “yaxından baxdığını” deyir.
Əslində, bunlar Rusiyanın özünə deyil, ən yaxşı müştərilərinə - Çin, Hindistan və Türkiyəyə ciddi ziyan vura biləcək ikinci dərəcəli sanksiyalardır. Məhdudiyyətlər həm də “kölgə donanması”na – sanksiyalardan yayınaraq Rusiya neftini daşıyan tankerlərə son qoya bilər.
Xarici Siyasət Araşdırmaları İnstitutundan Maksimilian Hess nəşrə bildirib ki, eyni zamanda, Kremldən enerji resursları almağı sevənlərin mallarına 500% rüsum əslində Rusiya neftinə qoyulan qlobal embarqoya bərabər tutula bilər. Bununla belə, ekspert Trampın bu addımı atacağına şübhə ilə yanaşır - çünki neftin qiyməti bir barel üçün 100 dollara qalxa bilər.
Rusiyadan narazılıq ifadələri fonunda Tramp iyulun 14-də Rusiya Federasiyası ilə bağlı "vacib bəyanat"ı açıqlayıb. Ehtimal olunur ki, bəyanat Rusiyaya qarşı yeni sanksiyalara - "Qrehem qanun layihəsinə" aid ola bilər.
Respublikaçı senatorlar Lindsey Graham və demokrat senatorlar Riçard Blumental aprelin sonunda Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim ediblər. Sənəd Rusiya neftini alan dövlətlər üçün 500% rüsumun tətbiqini nəzərdə tutur.
KİV-in məlumatına görə, Tramp artıq bu qanun layihəsini imzalamağa hazırdır. Bununla belə, bir nüans var: Tramp sanksiyaların tətbiqi və ləğvi prosesinə təkbaşına nəzarət etmək istəyir.
Əziz Mustafa