RU

Messi MLS-də bombardirlər siyahısında liderliyə yüksəldi

"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi ABŞ MLS çempionatının "Neşvill"ə qarşı oyununda (2:1) dubl edərək mövsümdəki qollarının sayını 16-ya çatdırıb.

90deqiqe.Az-ın məlumatına görə,nu nəticə ilə 38 yaşlı futbolçu MLS-in cari mövsümündə bombardirlər siyahısında liderliyə yüksəlib. Messi bu göstərici ilə "Neşvill"in hücumçusu, 16 qolu olan ingilis futbolçu Səm Sarriclə zirvəni bölüşür. Lakin Messinin statistikası rəqibindən üstündür: o, 16 qolu cəmi 16 matçda vurub, Sarric isə bu nəticəyə 22 oyunda nail olub. Eyni zamanda, Sarricin qollarından 5-i penalti zərbəsindən gəldiyi halda, Messi bütün qollarını oyundan reallaşdırıb.

Hazırda üçüncü pillədə "Filadelfiya Yunion"un israilli futbolçusu Tay Baribo və "Sinsinnati"dən braziliyalı Evander Ferreyra yer alır. Hər iki oyunçunun hesabında 13 qol var.

Xatırladaq ki, Lionel Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir.

Избранный
21
90deqiqe.az

1Источники