RU

“Leman”ın baş redaktoru həbs olundu - FOTO

Türkiyədə peyğəmbərlərin karikaturasını dərc edən "Leman" jurnalının baş redaktoru Aslan Özdemir karikatura araşdırması çərçivəsində həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Fransadan İstanbula qayıdan jurnalist hava limanında saxlanılıb. Polis əməkdaşları Özdemiri birbaşa İstanbul ədliyyəsinə aparıb.

Baş redaktor barəsində "xalqı nifrət və düşmənçiliyə təhrik etmək və ya alçaltmaq" maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə Özdemir barəsində həbs qərarı çıxarıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
16
3
milli.az

10Источники