RU

Yayda qulağınızı nəmli SAXLAMAYIN!

Dr. Berna Yayla Özker xəbərdarlıq edir ki, yay aylarında qulaq göbələyi və xarici qulaq iltihabı hallarının sayı artır. 

Bu barədə Doktorm.az CNN Türk-ə istinadən xəbər verir. 

Bu xəstəliklər ağrı, qaşıntı, tutulma və çınlama kimi əlamətlərlə özünü göstərir və müalicə gecikərsə qalıcı eşitmə itkisinə səbəb ola bilər.

Qorunmaq üçün 6 əsas tövsiyə:

1. Dəniz və hovuzdan sonra qulağınızı mütləq qurudun.

2. Soyuq suya birdən girməyin – ilıq suya üstünlük verin.

3. Təmiz və klorlanmış sulara girin.

4. Qulaq tıxacları istifadə edin, amma hər istifadədən sonra təmizləyin.

5. Pambıqlı çubuqlarla iç qulağı təmizləməyin – bu, zərər verə bilər.

6. Qulaq tıkanması, ağrı və axıntı varsa, həkimə müraciət edin, gözləməyin.

Qulaqlığa da diqqət edin: İsti havada uzun müddət qulaqlıq taxmaq qulaqda nəmlik yaradıb infeksiyaya səbəb ola bilər. Qulaqlığınızı tez-tez təmizləyin və istifadə müddətini azaldın./news24.az

Избранный
20
2
Doktorm.az

3Источники