RU

32 ölkədə "Sputnik" agentliyinin fəaliyyəti rəsmi qadağan edilib

Rusiyanın Jurnalistlər İttifaqının beynəlxalq insan haqları təşkilatlarına müraciəti  əsassızdır

"Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyi, əslində, özü bir agent şəbəkəsidir və Rusiya Federal Təhlükəsizlik Xidmətinin bir orqanı kimi fəaliyyət göstərir. Buna başqa ad vermək olmaz, çünki Azərbaycanda bu qurumun fəaliyyətini həyata keçirən rəhbər şəxslər özləri əvvəllər də, indi də federal təhlükəsizlik xidməti ilə birbaşa  əlaqəsi olan, bu sistemdə çalışan insanlar olublar". 

Bu fikirləri səsləndirən Milli Məclisin deputatı Elman Nəsirov qəzetimizə açıqlamasında bildirib ki, həmin şəxslər Azərbaycanda bu quruma rəhbərlik ediblər. Bu, beynəlxalq hüquq norma və prinsiplərinin pozulması, ölkələrin işlərinə birbaşa müdaxilə etməkdir: "Sputnik Azərbaycan" agentliyinin rəhbər vəzifəli şəxslərinin və digər əməkdaşlarının Azərbaycanda saxlanılması və onların hərəkətlərinə hüquqi müstəvidə qiymət verilməsi heç bir halda dövlətimizin jurnalistikaya və jurnalistlərə təzyiqi kimi qiymətləndirilə bilməz. Bu tamamilə fərqli məsələdir. Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur və Azərbaycan ilə Rusiya arasındakı strateji əlaqələri də şərtləndirən əlamətlərdən biri bu sferada əməkdaşlıqdır. İndiki halda söhbət "Sputnik Azərbaycan"ın rəhbərliyinin və əməkdaşlarının casusluq, agentlik funksiyasını həyata keçirməsi ilə bağlıdır. Bu halda Azərbaycanın aidiyyəti hüquq-mühafizə, təhlükəsizlik orqanları adekvat addım atıblar. Bu məsələ artıq məhkəmə predmetinə çevrilib".

Deputat qeyd edib ki, Azərbaycanın atdığı bu addıma dünyada təəccüblənmirlər və bunu beynəlxalq ictimaiyyət də normal qəbul edir. Rusiyanın Æurnalistlər İttifaqı və digər qurumları beynəlxalq insan hüquqları təşkilatlatına, agentliklərinə müraciət etsələr də, Azərbaycanın adını ləkələməyə çalışsalar da, həqiqət başqa şey deyir. Bu gün bu qurumun ayrı-ayrı ölkələrdə, daha dəqiq desək, 32 ölkədə fəaliyyəti qadağan edilib. Avropa İttifaqının bütün ölkələrində fəaliyyəti dayandırılıb. Görünür ki, onlar jurnalistikaya heç bir aidiyyəti olmayan məsələlərlə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin maraqlarına uyğun fəaliyyətlə məşğul olublar və nəticə göz qabağındadır. 

Deputat hesab edir ki Rusiyanın bu məsələdə hay-küy kampaniyasına start verməsi, Azərbaycanı jurnalistikaya hücumda, insan hüquqlarına qarşı qəsddə ittiham etməsi absurddur. Bu halda bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür. "Rusiyanın Æurnalistlər İttifaqının məlum hadisə ilə bağlı beynəlxalq insan haqları təşkilatlarına müraciəti əsassızdır. Bununla bağlı artıq Azərbaycan Mətbuat Şurası bəyanat yayıb və arqumentlərlə əsaslandırıb ki, ölkəmizdə saxlanılan "Sputnik Azərbaycan"ın "jurnalist"lərinin fəaliyyətinin jurnalistika ilə əlaqəsi yoxdur. Onlar casus fəaliyyəti göstəriblər. Özünə hörmət edən istənilən ölkə bu halda qanun çərçivəsində hansı addımlar atırsa, Azərbaycan da anoloji addımları atıb", - deyə o bildirib.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
24
azerbaijan-news.az

1Источники