RU

Netanyahu: İran bizi yer üzündən siləcək

BAKI, 13 iyul. TELEQRAF

“İran nüvə bombası yaratmağa qadirdir və İsrailə qarşı istifadə etməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib.

İsrail lideri bildirib: “İran zənginləşdirilmiş uranla silahlanmağa tələsir. Biz bunu gördük. Bir ildən sonra onların nüvə bombası olacaq və ondan istifadə edəcəklər. Nüvə güclərindən istifadə edib bizi yer üzündən siləcəklər".

Netanyahu Qəzza zolağında baş verən əməliyyatlara da münasibət bildirib: “İsrail mülki əhalinin itkisinin qarşısını almaq üçün əlindən gələni edir. HƏMAS isə bunun əksini edir”.

Избранный
20
15
teleqraf.com

10Источники