RU

Qum və toz fırtınaları hər il 7 milyon insanın ölümünə səbəb olur

Qum

Qum və toz fırtınaları 150-dən çox ölkədə 330 milyona yaxın insana təsir edir, üstəlik, sağlamlıq, iqtisadiyyat və ətraf mühitə ciddi ziyan vurur.

Reyting.az
“Associated Press”-ə istinadla xəbər verir ki, bunu BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı bildirib.

Təşkilatın nümayəndəsi Lora Paterson Baş Assambleyada deyib ki, Misir hər il təxminən 2 milyard ton toz istehsal edir.

Onun sözlərinə görə, dünya tozunun 80 faizindən çoxu Şimali Afrika və Yaxın Şərq səhralarından gəlir. Bu tozun isə qlobal təsiri var, çünki hissəciklər qitələri və okeanları keçərək yüzlərlə, hətta minlərlə kilometr məsafə qət edə bilir.

Xatırladaq ki, şənbə günü BMT Baş Assambleyası Qum və Toz Fırtınaları ilə Beynəlxalq Mübarizə Gününü qeyd edib və 2025-2034-cü illər BMT Qum və Toz Fırtınaları ilə Mübarizə Onilliyi elan olunub.

Assambleyanın prezidenti Filimon Yanq bildirib ki, fırtınalar sürətlə dövrümüzün genişmiqyaslı qlobal problemlərindən birinə çevrilir.

Bildirilir ki, havadakı qum və toz fırtınaları hər il 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. Qum və toz fırtınaları tənəffüs və ürək-damar xəstəliklərinə səbəb olur və kənd təsərrüfatı məhsullarını 25 faizə qədər azaldır, aclıq və köçkünlüklə nəticələnir.

V. QULİYEV
Избранный
21
reyting.az

1Источники