RU

Tramp dondurulmuş 5 milyard Rusiya aktivini Ukraynaya verə bilər

ABŞ lideri Donald Tramp prezidentlik müddətində ilk dəfə Ukraynanın hərbi dəstəyi üçün əlavə vəsaitin ayrılması imkanını nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə CBS telekanalı öz mənbələrinə istinadən bildirib.

Mümkün yeni maliyyələşmənin mənbəyi məlum olmasa da, mənbələr bildirir ki, Trampın sərəncamında Co Bayden administrasiyasından qalan təxminən 3,85 milyard dollar var. Bu vəsait PDA (Presidential Drawdown Authority) mexanizmi vasitəsilə ayrılıb. Başqa sözlə, ABŞ prezidentinə fövqəladə vəziyyət zamanı Konqreslə razılaşdırmadan xarici tərəfdaşa silah tədarükü üçün fərman imzalamaq imkanı verilir.

CBS ehtimal edir ki, Tramp bu vəsaitdən Kiyevə silah ötürmək məqsədilə istifadə edə bilər. Mənbələrin qiymətləndirməsinə görə, belə bir addım "Rusiyaya siqnal" ola bilər.

Bununla yanaşı, qeyd olunur ki, Tramp nəzəri olaraq ABŞ-də dondurulmuş 5 milyard dollarlıq Rusiya aktivlərini Ukraynaya verə bilər. Lakin nə hazırkı prezident, nə də onun sələfi bu tədbirə əl atmayıb.

Избранный
19
2
redaktor.az

10Источники