“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen baş məşqçi Hans-Diter Flikdən acı həqiqəti eşidib.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, baş məşqçi alman qolkiperə açıq şəkildə deyib ki, yeni mövsümdə qapıçı mövqeyində əsas diqqət Xuan Qarsiya və Voyçex Şesnıya veriləcək.
Buna cavab olaraq Ter Ştegen Flikə “Barselona”nın əsas heyətində yer almaq və mübarizə aparmaq niyyətində olduğunu bildirib.
33 yaşlı qapıçının gələcək planlarında şəxsi məqamlar da var. O, uşaqlarına daha yaxın olmaq üçün onların yaxınlığında ev alıb. Üstəlik, onun yeni sevgilisi kataloniyalıdır.
“Barselona” yaxın günlərdə mövsümöncəsi hazırlıqlara başlayacaq.