Türkiyənin "Fənərbağça” klubunda daha bir istefa baş verib.
Offsideplus.az xəbər verir ki, vitse-prezidenti Erol Bilecik istefaya gedib.
Təcrübəli iş adamı qərarı barədə sosial media səhifəsində yazıb.
O, 2020-ci ildən “sarı-lacivərdlilər”in rəhbərliyində yer alırdı.
Xatırladaq ki, bu, son 1 ayda "Fənərbağça" yüksək çinli məmurları arasında ikinci istefadır. Bundan öncə İdarə Heyətinin üzvü, vitse-prezident Acun Ilıcalı postunu tərk etmişdi.