RU

"Sportinq"in prezidentindən Gyökereş açıqlaması: "Heç kim klubun maraqlarından üstün deyil"

"Sportinq" prezidenti Frederiko Varandas hücumçu Viktor Gyökereşin istirahətdən sonra klubun düşərgəsinə dönmədiyini açıqlayıb.

İdman.biz xəbər verir ki, isveçli hücumçu dəfələrlə komandanı tərk etmək istədiyini bildirib.

27 yaşlı forvard Lissabon klubundan onu "Arsenal"a keçməsinə şərait yaratmasını istəyib. Varandas baş verənlərə belə aydınlıq gətirib: "Biz sakitik. Hər şeyi transfer pəncərəsini bağlanandıqdan sonra böyük cərimə və komandadan üzr istəməklə həll etmək olar. Əgər "Arsenal" Viktor üçün ədalətli bazar dəyərini ödəmək istəmirsə, bu, qarşıdakı üç il ərzində bizim üçün uyğun variant olacaq. Bu strategiyanı hazırlayan dahilər onun gedişini asanlaşdırmaq üçün mənə təzyiq göstərəcəklərini düşünürlərsə, nəinki tamamilə yanılırlar, həm də oyunçunun transferini çətinləşdirirlər. Heç kim klubun maraqlarından üstün deyil"

Qeyd edək ki, Gyökereş ötən mövsümdə bütün turnirlərdə 52 oyunda 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun "Sportinq"lə 2028-ci ilin yayına kimi müqaviləsi var. Lissabonlular onu 75 milyon avrodan ucuz satmaq niyyətində deyillər.

İdman.biz

Избранный
24
idman.biz

1Источники