RU

Maqnus Karlsen "ChatGPT"ni məğlub etdi

Bakı. Trend:

Norveçli qrossmeyster Maqnus Karlsen süni intellekt əsasındaişləyən "ChatGPT" ilə şahmat oyunu oynayıb və onu heç bir fiquritirmədən məğlub edib.

Trend xəbər verirki, bu barədə şahmatçı "X" sosial şəbəkəsində paylaşım edib.

Oyundan sonra Karlsen "ChatGPT"dən onun oyun səviyyəsiniqiymətləndirməsini istəyib. Süni intellekt şahmatçının taktikiqərarlarını yüksək dəyərləndirsə də, onun reytinqini FIDE və yaUSCF sisteminə görə 1800–2000 arası təxmin edib. Halbuki Karlseninreal FIDE reytinqi 2839-dur və bu, onu dünyanın ən güclüşahmatçılarından biri edir.

Bu qiymətləndirmə şahmat ictimaiyyətində istehza ilə qarşılanıb.İstifadəçilər zarafatla bildiriblər ki, Karlsen üçün 1800 USCFreytinqi də "pis nəticə deyil". Sosial mediada bu epizod süniintellektin şahmat sahəsində hələ də təkmilləşməyə ehtiyacıolduğunu göstərən maraqlı nümunə kimi qiymətləndirilib.

Избранный
16
2
az.trend.az

3Источники