RU

"Barselona" Messinin şərəfinə oyun keçirəcək

"Barselona" Lionel Messinin şərəfinə “Kamp Nou” stadionunda xüsusi oyun təşkil etmək üzərində çalışır.

Sportal.az xəbər verir ki, "3Cat"ın məlumatına görə, Kataloniya klubu artıq argentinalı futbolçunun ailəsi ilə əlaqə saxlayıb və Messi tədbirin keçirilməsinə razılıq verib. Oyun, stadionun dam örtüyünün quraşdırılması və tamaşaçı sayına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra “Kamp Nou”nun yenidən açılışına həsr olunacaq. Stadionun tam rekonstruksiyasının 2026/27 mövsümündə başa çatacağı gözlənilir.

Yenilənmiş stadiondakı ilk oyunu "Barselona" 10 avqustda Joan Gamper Kuboku çərçivəsində keçirəcək. Bu matçda azarkeş sayı 28 000–35 000 arasında məhdudlaşdırılacaq. Daha sonra klub ev oyunlarını 50 000–60 000 azarkeşin iştirakı ilə keçirməyi planlaşdırır. Oyunlar arasındakı fasilələrdə isə “Kamp Nou”nun bərpa işləri davam etdiriləcək.

saytlarin hazirlanmasi

Избранный
15
sportal.az

1Источники