Qadınlardan ibarət 3x3 basketbol millimiz Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.
"Football-plus.az" xəbər verir ki, komanda C qrupunun sonuncu matçında Ukrayna yığmasını məğlub edib - 21:20.
Azərbaycan seçməsi qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çin komandası ilə qarşılaşacaq.
Görüş sabah Bakı vaxtı ilə saat 18.50-də start götürəcək.
Xatırladaq ki, yığma seçmə mərhələnin C qrupunda bu gün keçirdiyi ilk oyunda Sinqapuru da yenib - 22:10. Ötən gün isə A qrupunda Yaponiyanın "Tsukuba" (21:10) və İsveçrənin "Lozanna" (21:11) komandalarını üstələyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта