

“Belə bir diplom, gənclərə qlobal miqyasda tanınmaq, rəqabətli əmək bazarında yer tutmaq və karyera imkanlarını genişləndirmək baxımından ciddi üstünlük qazandırır. Beynəlxalq diplom yalnız təhsilin keyfiyyət göstəricisi deyil, həm də beynəlxalq standartlara uyğun bilik və bacarıqların sübutudur. Xaricdə təhsil alanlar, xüsusən də müasir texnologiya və innovasiya yönümlü ixtisaslar ilə maraqlanır və bu, əmək bazarında üstünlük təmin edir. Təhsilin keyfiyyəti, müasir texnologiyalar və müxtəlif mədəniyyətlərlə tanışlıq, gənclərin şəxsi inkişafına böyük təsir göstərir. Xaricdə təhsil almaq təcrübəsi, özünəinam və sosial mühitdə daha sərbəst hərəkət imkanı verir. Gəlirlərin və həyat şəraitinin yaxşılaşa biləcəyi ölkələrə diqqət artıb və məqsəd birbaşa olaraq güclü və dayanıqlı gəlir təmin etməkdir. Hazırda yeniyetmələr arasında İngiltərə, ABŞ, Almaniya və Sinqapur kimi ölkələrdə təhsil almaq populyarlığını qoruyur. Onların maraq göstərdiyi əsas sahələr isə İKT və texnologiya, biznes və maliyyə, həmçinin tibb və biotibb sahələridir ki, bu da əmək bazarının tələbləri və innovativ inkişafla birbaşa əlaqəlidir. Düşünürəm ki, həm bazar tələbləri, həm də trendlər və sosial təsirlər gənclərin seçimlərinə təsir edir”. Günel Vahabzadə qeyd edib ki, valideynlər və müəllimlər gənclərin xaricdə təhsil seçimində əsas istiqamətverici qüvvə kimi çıxış edir, onların sabit və gəlirli sahələrə yönəlməsində mühüm rol oynayırlar. “Bu, onların əmək bazarına dair bilik və təcrübəsi düzgün qərarların verilməsinə şərait yaradır. Eyni zamanda, xaricdə təhsil alan gənclərin vətənə qayıtmaq istəyinin formalaşması üçün iqtisadi təşviqlər, yerli imkanların gücləndirilməsi və vətənpərvərlik dəyərlərinin aşılanması olduqca vacibdir”.Gülbəniz Hüseynli / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.