RU

Tovuz döyüşlərindən 5 il ötürVİDEO

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi, hərb tarixinə zəfər döyüşü kimi həkk olunan Tovuz döyüşlərindən 5 il ötür.

Bu döyüşlər zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla, 12 qəhrəman oğul şəhidlik zirvəsinə ucalıb. Ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Polad Həşimova və polkovnik İlqar Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Ermənilərin atdığı mərminin Tovuzun Ağdam kəndində evlərdən birinə düşməsi nəticəsində mülki şəxs, ev sahibi  76 yaşlı Əziz Əzizov da şəhid olub.

Ermənilərin artilleriya və minaatan zərbələri nəticəsində Tovuz rayonunun Ermənistanla sərhəd olan bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib. Ermənistan hərbçiləri dinc sakinləri qorxudub kənddən çıxarmaq istəsələr də, məqsədlərinə nail ola bilmədilər.

Tovuzdan qığılcımlanan alov Qarabağda alışdı. 44 günlük Vətən Müharibəsi ərazi bütövlüyümüzün təmin edilməsi ilə başa çatdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
24
xezerxeber.az

1Источники