Gürcüstan və Çin təhsil və turizm sahələrində əməkdaşlığı genişləndirəcək.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Lu Şayen arasında keçirilən görüşdə bildirilib.
Tərəflər ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə, təhsil, turizm, mədəni-humanitar əlaqələr sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriblər.