RU

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.

 

Sfera.az xəbər verir ki, komanda C qrupunun sonuncu matçında Ukrayna yıömasını məğlub edib - 21:20.

 

Azərbaycan millisi qrup lideri kimi 1/4 finala yüksəlib. Seçməmiz bu mərhələdə Çin komandası ilə qarşılaşacaq.

 

Görüş sabah Bakı vaxtı ilə saat 18:50-də start götürəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin C qrupunda bu gün keçirdiyi ilk oyunda Sinqapuru da yenib - 22:10. Ötən gün isə A qrupunda Yaponiyanın "Tsukuba" (21:10) və İsveçrənin "Lozanna" (21:11) komandalarını üstələyib.

Избранный
14
16
sfera.az

10Источники